Klublarımız cavab oyununa çıxır
UEFA Konfrans Liqası

Klublarımız cavab oyununa çıxır

  • 2022-07-28

Klublarımız bugün UEFA Konfrans Liqasında cavab oyununa çıxacaq.

Qəbələ Macarıstan "Fehervar"ı ilə görüşəcək. Saat 20:00-da başlayacaq qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Səfərdə 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar"ın mərhələ adlamaq şansları çox az görünür.

"Neftçi" Kipr "Aris"ini qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq. Səfərdə 0:2 hesabı ilə uduzan təmsilçimizin mərhələ adlamaq şansı qalır.

Rəşad Sadıqovun komandası İsraildə "Makkabi" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Zirə" Bakıdakı ilk görüşdə Təl-Əviv klubuna 0:3 hesabı ilə uduzub.