Harri Keyn yeni rekorda imza atdı
- 2022-08-21
"Tottenhem"in futbolçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb.
O, buna 3-cü turda "Vulverhempton"la görüşdə fərqlənməklə nail olub. Bu, 29 yaşlı hücumçunun "Tottenhem"in heyətində yerli çempionatda vurduğu 185-ci qol olub. Nəticədə Keyn bir komandanın tərkibində Premyer Liqada belə göstəriciyə çatan ilk futblçu adını qazanıb. O, "Mançester Siti"nin keçmiş forvardı Serxio Aqueronun rekordunu (184 qol) qırıb.
Qeyd edək ki, Keyn 2009-cu ildən "Tottenhem"də oynayır.