Avropa liqaları

Dortmundda möhtəşəm geri dönüş - Video

  • 2022-08-21

Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir. 

Dortmund "Borussiya"sı bu dəfə evdə "Verder"lə qarşılaşıb. "Borussiya" əvvəlcə 2:0 hesabı ilə öndə olsa da, "Verder" son dəqiqələrdə 3 qol vuraraq əzmkar qələbə qazanıb.

Qeyd edək ki, "Borussiya" hazırda turnir cədvəlində 6 xalla 6-cı, "Verder" isə 5 xalla 7-cidir.

Almaniya Bundesliqası, 3-cü tur

"Borussiya" (Dortmund) - "Verder" - 2:3

Qollar: Brandt, 45+2, Qerreyro, 77 - Buxanan, 89, Şxmidt, 90+3, Burke, 90+5

Baş hakim: Florian Bedstubner

"Siqnal İduna Park" stadionu