Konfrans Liqasında mövsümün ilk püşkü
UEFA Konfrans Liqası

Konfrans Liqasında mövsümün ilk püşkü

  • 2022-06-15

Dünən Konfrans Liqasında 2022/23 mövsümünün ilk püşkü atılıb.

Tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Mərasimdə 1-ci təsnifat mərhələsinin cütlükləri müəyyənləşib. İlk mərhələ üçün 60 komanda 30 cütü formalaşdırıb.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-si və 14-də keçiriləcək. Azərbaycanı təmsil edəcək "Neftçi", "Zirə" və "Qəbələ" isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.

Avropa Konfrans Liqası

1-ci təsnifat mərhələsinin cütlükləri:

"Alaşkert" (Ermənistan) - "Hamrun Spartans" (Malta)

"Laçi" (Albaniya) - "İskra" (Monteneqro)

"Buduçnost" (Monteneqro) - "Lapi" (Kosovo)

"Breydablik" (İslandiya) - "Santa-Koloma" (Andorra)

"Dinamo" (Minsk, Belarus) - "Deçiç" (Monteneqro)

"Poqon" (Polşa) - "Reykyavik" (İslandiya)

"Lexiya" (Polşa) - "Pandev Akademiyası" (Makedoniya)

"Liepaya" (Latviya) - "Gilyani" (Kosovo)

"Qzira Yunayted (Malta) - "Atletik" (Andorra)

"Dunayska Streda" (Slovakiya) - "Kliftonvill" (Şimali İrlandiya)

"Tre Penne" (San Marino) - "Tuzla Siti" (Bosniya və Herseqovina)

"HB Torshavn" (Farer adaları) - "Nyutaun" (Uels)

"İnter" (Finlandiya) - "Drita" (Kosovo)

"Sfintul George" (Moldova) - "Mura" (Sloveniya)

"Borats" (Bosniya və Herseqovina) - "B-36 Torshavn" (Farer adaları)

"Vikinqur" (Farer adaları) - "Europa" (Cəbəllütariq)

"Saburtalo" (Gürcüstan) - "Partizani" (Albaniya)

"Meqpays" (Cəbəllütariq) - "Kruseyders" (Şimali İrlandiya)

"Dinamo" (Tiflis, Gürcüstan) - "Payde" (Estoniya)

"Panevejis" (Litva) - "Milsami" (Moldova)

"KuPS" (Finlandiya) - "Dila" (Gürcüstan)

"Rujomberok" (Slovakiya) - "Jalgiris" (Litva)

"Olimpiya" (Lyublyana, Sloveniya) - "Differdanj" (Lüksemburq)

"Larne" (Şimali İrlandiya) - "Sent-Cozefs" (Cəbəllütariq) - 

"Bala Taun" (Uels) - "Slayqo Rovers" (İrlanidya)

"Tre Fyori" (San Marino) - "Fola" (Lüksemburq)

"Şkendiya" (Şimali Makedoniya) - "Ararat" (Ermənistan)

"Floriana" (Malta) - "Petrokub" (Moldova)

"Flora" (Estoniya) - "Seynayoki" (Finlandiya)

"Derri Siti" (İrlandiya) - "Riqa" (Latviya)