Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu
UEFA Konfrans Liqası

Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu

  • 2022-05-28

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytına istinadən, turnirin qalibi "Roma"nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini ən yaxşı seçilib.

Qeyd edək ki, İtaliya təmsilçisinin kapitanı 2021/2022 mövsümündən Konfrans Liqasında meydana çıxdığı 12 matçda 5 qol vurub.