Konfrans Liqasında yarımfinala yekun vurulur
UEFA Konfrans Liqası

Konfrans Liqasında yarımfinala yekun vurulur

  • 2022-05-05

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. 

Cavab oyunlarının ikisi də eyni gündə keçiriləcək. "Roma" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edəcək. 

"Feyenoord" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel"lə Fransada üz-üzə gələcək. İlk görüşdə Niderland təmsilçisi 3:2 hesablı qələbə qazanıb. 

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

İlk oyun - 1:1.

23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland)

Baş hakim: Sandro Şerer (İsveçrə)

İlk oyun - 2:3