Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir
- 2022-04-14
Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Bütün cavab oyunları eyni gündə keçiriləcək və bütün yarımfinalçıların adına aydınlıq gələcək.
"Lester" ilk görüşdə 0:0 hesablı heç-heçə etdiyi "PSV"nin qonağı olacaq. "Feyenoord" "Slaviya" ilə səfərdə qarşılaşacaq (İlk oyun - 3:3). Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" "PAOK"la Yunanıstanda üz-üzə gələcək. İlk görüş "Marsel"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Roma" evdə "Budyo Qlimt"lə qarşılaşacaq (İlk matç - 1:2).
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. "PSV" (Niderland) - "Lester" (İngiltərə)
İlk oyun - 0:0
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland)
İlk oyun - 3:3
23:00. "PAOK" (Yunanıstan) - "Marsel" (Fransa)
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 1:2.