Konfrans Liqasında həftənin ən yaxşısı müəyyənləşdi
UEFA Konfrans Liqası

Konfrans Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

  • 2022-04-09

Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"UEFA"nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Marsel"in futbolçusu Dimitri Payet 1-ci olub. O, sorğuda  Mauro Junior ("PSV"), İra Sor ("Slaviya", Praqa), Ulrik Saltnesi ("Budyo Qlimt") qabaqlayıb.

Qeyd edək ki, Payet Konfrans Liqasının 1/4 finalında "PAOK"la ilk matçda (2:1) fantastik qola imza atıb və 1 qolun ötürməsini verib.