Konfrans Liqasında 1/8 final mərhələsinə start verildi
UEFA Konfrans Liqası

Konfrans Liqasında 1/8 final mərhələsinə start verildi

  • 2022-03-11

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib

İlk oyunların hamısı eyni gündə eyni gündə keçirilib  Mərhələnin diqqət çəkən matçlarından biri Fransada olub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" Ağdam təmsilçisi ilə eyni qrupda yer almış "Bazel"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

21:45. "PAOK" (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

Qol: Kurtiç, 58

21:45. "Slaviya" Praqa (Çexiya) - "LASK" (Avstriya) - 4:1

Qol: Sor, 3, 29, Olayinka, 83, Traore, 85 – Baliç, 67

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

Qol: Oliveyra, 45+1

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qol: Natço, 13. Yoviç, 46 – Toornstra, 20, 77, Dessers, 52, Gertulda, 64, Sinisterra, 71

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1

Qol: Milik, 19-pen, 68 – Espozito, 79

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa) - 2:0

Qol: Olbrayton, 30, İheanaço, 90+3

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4

Qol: Qakpo, 21, 70, Doan, 50, Zahavi, 85 – Yohannesson, 6, Biel, 23, 78, Lerager, 43
 

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1

Qol: Pelleqrino, 39, Solbakken, 90+1-pen – Abuxlal, 73

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.