"Onlara böyük təşəkkürümü bildirirəm"
UEFA Konfrans Liqası

"Onlara böyük təşəkkürümü bildirirəm"

  • 2022-02-25

"Qol epizodunda hakimin bunu görəcəyini düşündük. Amma o, qolu saydı. "Qarabağ"ın oyunçuları ilə mübahisələrimiz oldu. Yaxşı ki, rəqibin baş məşqçisi və kapitanı müzakirədən sonra bu qolun ləğv edilməsini istədi. Buna görə, onlara böyük təşəkkürümü bildirirəm. Haqq öz yerini tapdı".

Bu sözləri "Marsel"in futbolçusu Matteo Genduzi Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

O, bu cür feyr-pley nümunələrinin çox nadir hallarda olduğunu bildirib: "Mən onun yerinə olsaydım, hansı hərəkəti edərdim? Bu suala cavab vermək üçün əllə qol vurmalıyam, ondan sonra nə etdiyimi görməliyik"

Genduzi daha sonra vurğulayıb: "Əsas odur ki, mərhələni keçdik. Rəqib çox güclü oynadı. Bu görüşlərə çox yaxşı hazırlaşmışdıq. Bizim üçün əsas nəticə idi. Qapıda qol görməmək də böyük uğurdur. "Qarabağ" çox yaxşı oyun sərgilədi, bizim üçün əsas məsələ mərhələ adlamaq idi. Bunu da bacarıdığımız üçün şadıq".

Fransalı oyunçu  tribunalar dolu olmasının onlara mənfi təsir edib-etmədiyi ilə bağlı söyləyib:"Xeyr, təsir etmədi. "Qarabağ" azarkeşləri həmişə son ana qədər komandaya dəstək göstərir. Bunu "Arsenal"ın heyətində bura gələrkən də görmüşdüm. Onlar komandalarını sevirlər".