"Qarabağ" erməni təxribatına görə UEFA-ya müraciət etdi
UEFA Konfrans Liqası

"Qarabağ" erməni təxribatına görə UEFA-ya müraciət etdi

  • 2022-02-18

"Qarabağ" Konfrans Liqasınnı pley-off mərhələsində ötən gecə "Marsel" ilə Fransada keçirdikləri matç (1:3) zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.

Bu barədə "Qol.az" saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib: "Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən "Marsel"ə və Avropa futbol qurumuna məlumat vermişdik. Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba şifahi şəkildə etirazımızı bildirdik. Yazılı şikayətimizi isə yaxın günlərdə edəcəyik".

Qeyd edək ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda olacaq.