Konfrans Liqasında dünənin nəticələri
UEFA Konfrans Liqası

Konfrans Liqasında dünənin nəticələri

  • 2022-02-18

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

8 qarşılaşmanın hamısı eyni gündə oynanılıb. 

Türkiyə "Fənərbaxça"sı "Slaviya" (Praqa, Çexiya) ilə görüşdə öz evində məğlub olub - 2:3. 

Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsini adlayan "Qarabağ" isə bu raundda Fransa "Marsel"inə məğlub olub - 1:3. 

UEFA Konfrans Liqası, pley-off mərhələsi

İlk oyunlar

17 fevral

21:45. "PSV" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0

Qol: Qakpo, 11

21:45. "Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:3

Qollar: Pelkas, 58, Kadioğlu, 83 – Traore, 45, Dorli, 62, Linqr, 64

21:45. "Midtüllan" (Danimarka) - "PAOK" (Yunanıstan) - 1:0

Qol: Anderson, 20

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) - 2:1

Qollar: Droyf, 1, Qruell, 16 – Openda, 74

00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan) - 3:1

Qollar: Milik, 41,(1:0) 44 (2:0), Kadi Borges, 85 (2:1), Dmitri Payet, 90+2 (3:1)

00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka) - 4:1

Qollar: Ndidi, 23, Barnes, 49, Daka, 55, Dyusbari-Holl, 74 – Mistrati, 45

00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:3

Qollar: Maeda, 79 - Eseyord, 6, Pelleqrino, 55, Vetlesen, 82

00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya) - 0:1

Qol: Mining, 78

Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də oynanılacaq.