Konfrans Liqasında pley-off mərhələsi başlayır
UEFA Konfrans Liqası

Konfrans Liqasında pley-off mərhələsi başlayır

  • 2022-02-17

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

8 qarşılaşmanın hamısı eyni gündə keçiriləcək.

Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsini adlayan "Qarabağ" bu raundda Fransa "Marsel"inin qonağı olacaq. 

Türkiyə "Fənərbaxça"sı Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edəcək. 

UEFA Konfrans Liqası, pley-off mərhələsi

İlk oyunlar

17 fevral

21:45. PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)

21:45. "Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya)

21:45. "Midtüllan" (Danimarka) - "PAOK" (Yunanıstan)

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland)

00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)

00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka)

00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç)

00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)

Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.