UEFA "Tottenhem"ə texniki məğlubiyyət verdi
UEFA Konfrans Liqası

UEFA "Tottenhem"ə texniki məğlubiyyət verdi

  • 2021-12-20

UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda təxirə salınan "Tottenhem" - "Renn" oyunu ilə bağlı qərar verib.

Qurumun rəsmi saytına istinadən, kütləvi yoluxma səbəbindən oyuna çıxmayan "Tottenhem"ə texniki məğlubiyyət verilib.

UEFA-nın bu qərarından sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. 10 xala malik Niderland "Vitess"i 2-ci olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. "Tottenhem" (7 xal) və Sloveniya "Mura"sı (3 xal) isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.