Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb
UEFA Konfrans Liqası

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb

  • 2021-12-13

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə qrup ikincisi olmuş klublar və Avropa Liqası qruplarında 3-cü yeri tutmuş komandalar iştirak edib.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbaxça” (Türkiyə) - “Slaviya” (Çexiya)
“Midtülland” (Danimarka) - PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) - “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)
“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.