"Qarabağ"ın rəqibi müəyyənləşir
UEFA Konfrans Liqası

"Qarabağ"ın rəqibi müəyyənləşir

  • 2021-12-13

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Püşkdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi bilinəcək.

Püşk öncəsi komandalar iki qrupa bölünüb. "Qarabağ" qrup ikincisi kimi səpələnmişlər səbətində yer alıb. Ağdam klubu səpələnməmişlər səbətində yer alan 8 komandadan birinə rəqib olacaq. Bunlar Avrop Liqasının qrup üçüncüləridir. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.

 

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

"Budyo Qlimt" (Norveç)

"Qarabağ" (Azərbaycan)

"Makkabi" (Təl-Əviv, İsrail)

"PAOK" (Yunanıstan)

"Partizan" (Serbiya)

"Randers" (Danimarka)

"Slaviya" (Praqa, Çexiya)

“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

 

Səpələnməmişlər

"Lester" (İngiltərə)

"Midtüllan" (Danimarka)

"Marsel" (Fransa)

"PSV" (Niderland)

"Rapid" (Vyana, Avstriya)

"Seltik" (Şotlandiya)

"Sparta" (Praqa, Çexiya)

"Fənərbaxça" (Türkiyə) 

Qeyd: Ləğv edilən "Tottenhem" – "Renn" görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa "Vitess"in qrup ikincisi olacağı dəqiqləşəcək.