"Qarabağ"ın qolu qeydə alınmadı
UEFA Konfrans Liqası

"Qarabağ"ın qolu qeydə alınmadı

  • 2021-12-10

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel" - "Qarabağ" oyununda Ağdam klubunun təmiz qolu qeydə alınmayıb.

Görüşün 2-ci dəqiqəsində Abdulla Zubirin vurduğu zərbə qapı xəttini keçib. Buna baxmayaraq, baş hakim Fran Yoviç (Xorvatiya) qolu qeydə almayıb. Baş verənlərdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 4-cü hakim İvana Martinçiçə etirazını bildirib.

Qeyd edək ki, Konfrans Liqasında VAR sistemi yoxdur.