"Qarabağ" məğlub olaraq qrup 2-cisi oldu
UEFA Konfrans Liqası

"Qarabağ" məğlub olaraq qrup 2-cisi oldu

  • 2021-12-10

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.

Turnirdəki təmsilçimiz "Qarabağ" da qrupda son matçını keçirib. Qurban Qurbanovun komandası İsveçrədə "Bazel"lə həlledici matça çıxıb və 0:3 hesabı ilə uduzub. 2-ci dəqiqədə "Qarabağ"ın təmiz qolu qeydə alınmayıb.

"Bazel" qrup lideri kimi birbaşa 1/8 finala yüksəlib. Qrupda 2-ci yeri tutan "Qarabağ" Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

9 dekabr

Konfrans Liqası

Qrup mərhələsi, 6-cı tur

H qrupu

00:00. "Bazel" (İsveçrə) – "Qarabağ" (Azərbaycan) - 3:0 

Qollar: Kabral, 33, 74, Kasami, 62,
Baş hakim: Fran Yoviç (Xorvatiya)