"Tottenhem"in oyunu ləğv edildi
UEFA Konfrans Liqası

"Tottenhem"in oyunu ləğv edildi

  • 2021-12-09

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda bu gecə keçirilməli olan "Tottenhem" - "Renn" oyunu ləğv edilib.

London klubun rəsmi saytına istinadən, buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma halı səbəb olub.

Klubda 6 nəfərin COVID-19 testi müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.

Qeyd edək ki, "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir.