"Qarabağ" "Bazel"ə qarşı
UEFA Konfrans Liqası

"Qarabağ" "Bazel"ə qarşı

  • 2021-12-09

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Turnirdəki təmsilçimiz "Qarabağ" da qrupda son matçını keçirəcək. Qurban Qurbanovun komandası İsveçrədə "Bazel"lə həlledici matça çıxacaq.

"Bazel"lə xalları eyni olsa da, top fərqinə görə 2-ci pillədə qərarlaşan Ağdam klubu qrup qalibi olmaq üçün mütləq qələbə qazanmalıdır. 

Qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

9 dekabr

Konfrans Liqası

Qrup mərhələsi, 6-cı tur

H qrupu

00:00. "Bazel" (İsveçrə) – "Qarabağ" (Azərbaycan)
Baş hakim:
 Fran Yoviç (Xorvatiya)