"Qarabağ" "Omoniya"ya qarşı
UEFA Konfrans Liqası

"Qarabağ" "Omoniya"ya qarşı

  • 2021-11-25

Bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti matçına çıxacaq. 

Qurban Qurbanovun komandası Bakıda Kiprin "Omoniya" klubunu qəbul edəcək. Hələ 4-cü turda qrupda ilk iki yerdən birini təmin edən "Qarabağ" doğma meydanda qələbə qazanmaqla 1/8 finala vəsiqə qazana bilər. Ancaq bu, qrupun daha tez keçiriləcək digər oyununun nəticəsindən də asılır. Yəni "Bazel" Qazaxıstan səfərində "Kayrat"a qalib gələ bilməsə, Ağdam klubu qələbə ilə adını 1/8 finala yazdıra bilər. Oyunlarda digər istənilən hesablar qeydə alınarsa, kimin 1/8 finala, kimin pley-offa gedəcəyi son turda bəlli olacaq. Qrupun sonuncu - 6-cı turunda "Qarabağ" məhz "Bazel"lə səfərdə qarşılaşcaq.

Qeyd edək ki, qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

25 noyabr

Avropa Konfrans Liqası

Qrup mərhələsi, 5-ci tur

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə)

21:45. "Qarabağ" (Azərbaycan) – "Omoniya" (Kipr)


Baş hakim: 
Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

Kateqoriyalar