"Qarabağ" pley-offda
- 2021-11-05
Dünən Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Qazaxıstanda "Kayrat"ın qonağı olub.
Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub. "Qarabağ" bu qələbə sayəsində pley-offa çıxmasını təmin edib. Buna qrupun bu gün keçirilən digər matçında "Bazel"in səfərdə "Omoniya" ilə heç-heçə etməsi də səbəb olub.
Beləliklə,"Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza ataraq avrokuboklarda qrupdan çıxan ilk klubumuz oldu.
Qeyd edək ki, qrup mərhələsinin başa çatmasına iki tur qalıb. "Qarabağ" qrupdan lider kimi çıxsa, birbaşa Konfrans Liqasının 1/8 finalına yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
4 noyabr
Konfrans Liqası
H qrupu, 4-cü tur
19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 72 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena
21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə) - 1:1
Qol: Kakoulis, 17 (1:0), Milar, 57 (1:1)