"Qarabağ" növbəti oyununa çıxır
UEFA Konfrans Liqası

"Qarabağ" növbəti oyununa çıxır

  • 2021-11-04

Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Qazaxıstanda "Kayrat"ın qonağı olacaq.

Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdən də yaxşı nəticə ilə qayıtmaq niyyətindədir. "Qarabağ" bu gün pley-offa vəsiqəni də təmin edə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin "Bazel" səfərdə "Omoniya"ya uduzmamalıdır. Bu nəticələr qeydə alınsa, "Qarabağ" kimi 7 xalı olan "Bazel" də pley-offa yüksələcək.

4 noyabr

Konfrans Liqası

H qrupu, 4-cü tur

19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (Azərbaycan)
Baş haki
m: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena

21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə)