Konfrans Liqasında dünənin nəticələri
UEFA Konfrans Liqası

Konfrans Liqasında dünənin nəticələri

  • 2021-10-22

Dünən  Konfrans Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. 

Turun bütün matçları eyni gündə keçirilib.

H qrupunda yer alan  "Qarabağ" Bakıda Qazaxıstan "Kayrat"ını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olub və 1:3 hesabı ilə uduzub.

"Roma" Norveçdə "Bodo Qlimt"ə 1:6, "Tottenhem" isə Niderlandda "Vitess"ə 0:1 hesabı ilə məğlub olub.

21 oktyabr

A qrupu

"HJK" (Finlandiya) – "Makkabi" (Təl-Əviv, İsrail) - 0:5
Qol:
 Kanixovski, 28, 60, Periça, 49-pen, Saborit, 87, Şamir, 90+4

"Alaşkert" (Ermənistan) – LASK (Avstriya) - 0:3
Qol
: Honq, 35, Qoyqinger, 68, Mixorl, 90+2

Xal durumu: Makkabi – 7, LASK – 7, HJK – 3, Alaşkert – 0

B qrupu

"Anortosis" (Kipr) – "Flora" (Estoniya) 2:2
Qol:
 Deletiç, 25, Popoviç, 28 – Sappinen, 38, 80

"Partizan" (Serbiya) – "Gent" (Belçika) - 0:1
Qo
l: Kums, 59

Xal durumu: Gent – 9, Partizan – 6, Flora – 1, Anortosis – 1.

C qrupu

"Bodo Qlimt" (Norveç) – "Roma" (İtaliya) - 6:1
Qol
: Botheym, 8, 52, Berq, 20, Solbakken, 71, 80, Pelleqrino, 78 – K.Peres, 28

"ÇSKA" (Sofiya, Bolqarıstan) – "Zarya" (Ukrayna) - 0:1
Qol
: Səyyadmaneş, 65

Xal durumu: Bodo Qlimt – 7, Roma – 6, Zarya – 3, ÇSKA – 1

D qrupu

"ÇFR" (Kluj, Rumıniya) – "Alkmaar" (Niderland) - 0:1
Qol:
 Karlsson, 18

"Yablonets" (Çexiya) – "Randers" (Danimarka) - 2:2
Qol:
 Çvançara, 35, 53 – Odey, 36, 90-pen

Xal durumu: Alkmaar – 7, Yablonets – 4, Randers – 3, ÇFR – 1.

E qrupu

"Feyenoord" (Niderland) – "Union Berlin" (Almaniya) - 3:1
Qo
l: Cahanbaxş, 11, Linssen, 29. Sinisterra, 76 – Avoniyi, 35

"Makkabi" (Hayfa, İsrail) – "Slaviya" (Praqa, Çexiya) - 1:0
Qol
: Donyoh, 24

Xal durumu: Feyenoord – 7, Makkabi – 4, Slaviya – 3, Union Berlin – 3.

F qrupu

"Kopenhagen" (Danimarka) – "PAOK" (Yunanıstan) - 1:2
Qol:
 Byel, 80 – Sidkley, 19, Jivkoviç, 38

"Slovan" (Bratislava, Slovakiya) – "Linkoln" (Cəbəllütariq) - 2:0
Qol:
 Qrin, 46, Henti, 84

Xal durumu: PAOK – 7, Kopenhagen – 6, Slovan – 4, Linkoln – 0.

G qrupu

"Vitess" (Niderland) – "Tottenhem" (İngiltərə) - 1:0
Qol:
 Vittek, 78

"Mura" (Sloveniya) – "Renn" (Fransa) - 1:2
Qol: 
Lotriç, 20 – Jirassi, 17-pen, Labord, 41

Xal durumu: Renn – 7, Vitess – 6, Tottenhem – 4, Mura – 0.

H qrupu

"Qarabağ" (Azərbaycan) – "Kayrat" (Qazaxıstan) 2:1
Qol: 
Şeydayev, 79,  Hüseynov, 90+1 – X.Kante, 19-pen

"Bazel" (İsveçrə) – "Omoniya" (Kipr) - 3:1
Qol: 
Milyar, 19. Artur, 41-pen, Jeqrova, 88 – Qomes, 27

Xal durumu: Bazel – 7, Qarabağ – 7, Kayrat – 1, Omoniya – 1.