"Qarabağ" "Omoniya"ya qarşı
UEFA Konfrans Liqası

"Qarabağ" "Omoniya"ya qarşı

  • 2021-09-30

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Təmsilçimiz "Qarabağ" Kiprdə "Omoniya" ilə qarşılaşacaq.

İlk turda Bakıda "Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edən Ağdam klubu ilk səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacaq.

Nikosiyadakı GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

H qrupunun digər oyununda "Bazel" "Kayrat"ı (Qazaxıstan) qəbul edəcək.

30 sentyabr

Konfrans Liqası

H qrupu

23:00. "Omoniya" (Kipr) – "Qarabağ" (Azərbaycan)
Baş hakim:
 Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

23:000 "Bazel" (İsveçrə) - "Kayrat" (Qazaxıstan)