Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu
UEFA Konfrans Liqası

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu

  • 2021-09-18

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

UEFA-nın saytına istinadən, İsrail "Makkabi"sinin (Təl-Əviv) hücumçusu Stipe Peritsa qrup mərhələsinin ilk turunun ən yaxşısı seçilib. O, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə "Roma"dan Lorenso Pelleqrini, "Kopenhagen"dən Yonas Vinn, LASK-dan Dario Mareşiçi qabaqlayıb.
 
Qeyd edək ki, Peritsa qrup mərhələsinin ilk turunda Ermənistan "Alaşkert"inə 4:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub, 1 qolun ötürməsini verib.