"Qarabağ" Avropada ən yaxşılar sırasında
UEFA Konfrans Liqası

"Qarabağ" Avropada ən yaxşılar sırasında

  • 2021-09-17

Konfrans Liqasının qrup mərhələsində 1-ci turdan sonra komandaların statistik göstəricilər açıqlanıb.

"Bazel"lə (İsveçrə) Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan "Qarabağ" ən yaxşılar arasına düşməyi bacarıb. Ağdam təmsilçisi 58 faiz topa sahib olma ilə oynayıb və bu göstəricidə 6-cı olub. Həmçinin "Qarabağ" ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır - 8 küncdən zərbə. Birinci pillədə isə Niderlandın "Vitesse" (12) klubudur.

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel"lə yanaşı, "Omoniya" (Kipr) və "Kayrat"la (Qazaxıstan) da mübarizə aparacaq.