"Qarabağ" heç-heçə etdi
UEFA Konfrans Liqası

"Qarabağ" heç-heçə etdi

  • 2021-09-16

Bu gün Konfrans Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilir.

Turnirdə yeganə təmsilçimiz "Qarabağ" da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda İsveçrənin "Bazel" klubu ilə üz-üzə gəlib. Oyunda qapılara qol vurulmayıb.

Qrupun digər matçında isə Qazaxıstanın "Kayrat" klubu Kipr təmsilçisi "Omoniya" ilə qolsuz heç-heçə edib.

16 sentyabr

Konfrans Liqası

H qrupu, 1-ci tur

20:45. "Qarabağ" (Azərbaycan) – "Bazel" (İsveçrə) - 0:0 
Baş hakim:
 Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu

18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) - 0:0