"Qarabağ" "Bazel"ə qarşı
UEFA Konfrans Liqası

"Qarabağ" "Bazel"ə qarşı

  • 2021-09-16

Bu gün Konfrans Liqasının qrup mərhələsində ilk turun oyunları keçiriləcək.

Turnirdə yeganə təmsilçimiz "Qarabağ" da meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda İsveçrənin "Bazel" klubu ilə üz-üzə gələcək.

Bu mövsüm keçirdiyi 6 oyunda uduzmayan Ağdam təmsilçisi doğma meydanda 3 xal üçün mübarizə aparacaq

16 sentyabr

Konfrans Liqası

H qrupu, 1-ci tur

20:45. "Qarabağ" (Azərbaycan) – "Bazel" (İsveçrə)
Baş hakim:
 Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu