"Qarabağ" - "Bazel" oyunu bu stadionda - Rəsmi
UEFA Konfrans Liqası

"Qarabağ" - "Bazel" oyunu bu stadionda - Rəsmi

  • 2021-09-08

UEFA "Qarabağ" – "Bazel" oyununun yeri ilə bağlı qərarını açıqlayıb.

Matçın stadionu dəyişdirilib.  Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmalı olan görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. Buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Qeyd edək ki, sentyabrın 16-sı keçiriləcək matç 20:45-də başlayacaq.