"Qarabağ"ın qrupda rəqibləri bu gün müəyyənləşir
UEFA Konfrans Liqası

"Qarabağ"ın qrupda rəqibləri bu gün müəyyənləşir

  • 2021-08-27

Bu gün Konfrans Liqasinda qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb. Ağdam təmsilçisi II səbətdə yer alıb.  

I səbət: "Roma" (İtaliya), "Tottenhem" (İngiltərə), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), AZ (Niderland), LASK (Avstriya)

II səbət: "Feyenoord" (Niderland), "Qarabağ" (Azərbaycan), "Makkabi" (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), "Renn" (Fransa), "Partizan" (Serbiya), CFR (Rumıniya), "Zarya" (Ukrayna),

III səbət: "Union Berlin" (Almaniya), "MOİK-Sofiya" (Bolqarıstan), "Vitess" (Niderland), "Slovan" (Bratislava, Slovakiya), “Yablonets” (Çexiya), "Alaşkert". (Ermənistan), "Flora" (Estoniya), "Kayrat" (Qazaxıstan),

IV səbət: "Linkoln" (Cəbəllütariq), "Randers (Danimarka), "Anortosis", "Omoniya" (hər ikisi Kipr), HİK (Finlandiya), "Makkabi" (Hayfa, İsrail), "Budyo Qlimt" (Norveç), "Mura" (Slovakiya)