"Neftçi" bugün cavab matçına çıxır
UEFA Konfrans Liqası

"Neftçi" bugün cavab matçına çıxır

  • 2021-08-26
Bu gün Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz "Neftçi" də cavab matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda İsraildə "Makkabi"nin (Hayfa) qonağı olacaq.

Bakıdakı görüşdə 3:3 hedablı bərabərlik qeydə alındığından komnadaların mərhələ adlamaq şansı eyni qiymətləndirilir. Qalib gələn tərəf qrup mərhələsinə yüksələcək.


26 avqust

Konfrans Liqası

Pley-offun cavab oyunu

21:00."Makkabi" (Hayfa, İsrail) - "Neftçi" (Azərbaycan)
Baş hakim:
 Aleksandr Stavrev (Şimali Makedoniya)
Hayfa. "Sammi Ofer" stadionu
İlk oyun – 3:3