Oyun öncəsi "Qarabağ"da son durum
UEFA Konfrans Liqası

Oyun öncəsi "Qarabağ"da son durum

  • 2021-08-25

Qarabağ” Konfrans Liqasını pley-offunda sabah “Aberdin”lə keçiriləcək oyuna ciddi itkilərlə çıxa bilər.

Öncədən xəbər verildiyi kimi, komandanın aparıcı üzvlərindən olan Patrik Andrade cəzalı durumda olduğundan Şotlandiya klubu ilə görüşü buraxacaq.

  1. Bundan başqa, bir müddətdir zədəli olduqlarından Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyevin xidmətindən yararlana bilməyən Ağdam klubu sabah daha bir müdafiəçisi və aparıcı üzvü olmadan meydana çıxa bilər. Bu barədə klubun mətbuat xidmətinin verdiyi məlumata görə, Kevin Medinanın meydana çıxıb-çıxmayacağı oyun günü sabah bilinənəcək.

“Səbail"lə Premyer Liqa oyununda meydanı xərəkdə tərk edən Riçard Almeydanın, eləcə də bu görüşü buraxan Qara Qarayevin durumu isə yaxşıdır. Onlar baş məşqçi Qurban Qurbanovun şans verəcəyi halda sabahkı görüşdə komandasına kömək edə biləcəklər.

Qeyd edək ki, sabah keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. “Qarabağ” Bakıdakı ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.