"Qarabağ" Şotlandiyaya üstün yollanacaq
UEFA Konfrans Liqası

"Qarabağ" Şotlandiyaya üstün yollanacaq

  • 2021-08-19

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.


Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi "Aberdin"lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.


19 avqust

Konfrans Liqası

Pley-offun ilk oyunu

20:00. "Qarabağ" (Azərbaycan) – "Aberdin" (Şotlandiya) - 1:0
Qol:
 Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu