"Qarabağ" və "Neftçi" pley-offdakı ilk oyunlarına çıxır
UEFA Konfrans Liqası

"Qarabağ" və "Neftçi" pley-offdakı ilk oyunlarına çıxır

  • 2021-08-19

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Turnirdəki iştirakçılarımızdan əvvəlcə "Qarabağ" meydana çıxacaq.

Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi "Aberdin"lə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.

Son Azərbaycan çempionu "Neftçi" isə bugün turnirdə debüt matçına çıxacaq.

Samir Abasovun komandası Bakıda Hayfa "Makkabi"si ilə qarşılaşacaq. İsrail çempionu ilə oyun saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq. 



19 avqust

Konfrans Liqası

Pley-offun ilk oyunu

20:00. "Qarabağ" (Azərbaycan) – "Aberdin" (Şotlandiya)
Baş hakim:
 Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu

21:00. "Neftçi" (Azərbaycan) – "Makkabi" (Hayfa, İsrail)
Baş hakim:
 Delayod Uilli (Fransa)
Bakcell Arena