Keyn yenə heyətdə yoxdur
UEFA Konfrans Liqası

Keyn yenə heyətdə yoxdur

  • 2021-08-18

"Tottenhem"in hücumçusu Harri Keyn Konfrans Liqasının pley-off mərhələsində "Pasuş de Ferreyra"ya qarşı səfər matçında oynamayacaq.

 "Sky Sports" xəbər verir ki, ingilis futbolçu  komanda ilə Portuqaliyaya aparılmayıb. O, optimal formaya qayıtmaq üçün İngiltərədə qalıb.

Keyn, avqustun 17 -də komanda ilə qrup məşqlərinə yenidən başlayıb.

Qeyd edək ki, "Pasuş de Ferreyra" - "Tottenhem" görüşü sabah keçiriləcək.