"Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bilindi
UEFA Konfrans Liqası

"Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bilindi

  • 2021-08-13

“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb.

Avqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcək "Qarabağ" - “Aberdin” (Şotlandiya) görüşünü Sloveniyadan olan hakimlər idarə edəcək. Matçı Rade Obrenoviç idarə edəcək. Ona yan xətdə Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcək. Dördüncü hakim Asmir Saqrkoviç olacaq.

Eyni gündə "Bakcell Arena”da keçiriləcək “Neftçi” "Makkabi" (Hayfa, İsrail) oyununu isə fransalı Delayod Uilli idarə edəcək. Onun köməkçiləri Mehdi Rahmouni və Edvin Kristof Finyean olacaq. Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ"ın oyunu saat 20:00, "Neftçi"nin matçı isə saat 21:00-da başlayacaq. Cavab oyunları avqustun 26-da olacaq.