"Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri müəyyənləşib
UEFA Konfrans Liqası

"Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri müəyyənləşib

  • 2021-08-13

"Neftçi" və "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının pley-offunda İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq. "Makkabi" "Torşavn"ı (7:2, 1:0) mübarizədən kənarlaşdırararək təmsilçimizə rəqib olub.

"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" 3-cü təsnifat mərhələsində "Breydablik"dən (İslandiya) üstün olub (3:2, 2:1).