"Qarabağ" pley-offa yüksəldi
UEFA Konfrans Liqası

"Qarabağ" pley-offa yüksəldi

  • 2021-08-12

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Turnirdəki təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. AEL-lə Kiprdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu bu dəfə rəqibini Bakıda qəbul edib. Qurban Qurbanovun komandası 1:0 hesablı qələbə ilə pley-offa yüksəlib.

“Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 

12 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0
Qol:
 Kadi, 87
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:1