4 klub növbəti mərhələdə
UEFA Çempionlar liqası

4 klub növbəti mərhələdə

  • 2021-07-28

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyunlarına start verilib.

İlk oyun günündə 4 matç keçirilib. Nəticələrə əsasən, "Legiya", "Malmö", "Dinamo" (Zaqreb) və "Ferensvaroş" növbəti mərhələyə yüksəlib.

Azərbaycan çempionu “Neftçi”nin “Olimpiakos”la (Yunanıstan) görüşü daxil olmaqla daha 9 qarşılaşma isə bugün olacaq.

27 iyul

20:00. “Flora” (Estoniya) – “Legiya” (Polşa) - 0:1
Qol: 
Rafael Lopes, 67
İlk oyun: 1:2

20:00. HİK (Finlandiya) – “Malmö” (İsveç) - 2:2
Qollar: 
Tenho, 1 (1:0), Kristiansen, 10 (1:1), Birmançeviç, 76 (1:2), Riski, 78 (2:2)
İlk oyun: 1:2

20:00. “Omoniya” (Kipr) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:1
Qol:
 Menalo, 79
İlk oyun: 0:2

21:00. “Jalqiris” (Litva) – “Ferensvaroş” (Macarıstan) - 1:3
Qollar: 
Kabir, 44 (0:1), 72 (0:2), Pape, 90+3 (1:2), Mak, 90+4 (1:3)
İlk oyun: 0:2