“Bakıya ciddi itkilərlə yollanacağıq"
UEFA Çempionlar liqası

“Bakıya ciddi itkilərlə yollanacağıq"

  • 2021-07-27

“Bakıya ciddi itkilərlə yollanacağıq. Bəzi oyunçularımız meydana çıxmayacaq".

Bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis heyətdə xeyli sayda itki olduğunu bildirib: "Çox oyunçu səfərə aparılmayacaq. Sokrates Papastatopulos, Yann Mvila, Tikinyo, Ögmundur Kristinsson, Agibu Kamara və Andreas Buxalakisin adını çəkə bilərəm. Buna baxmayaraq, Azərbaycana qələbə dalınca gedəcəyik".

O, itkililərə baxmayaraq, ilk görüşdəki qələbə qazanmalarının səbəbini belə izah edib: "Heç bir sirr yoxdur. Hazırlıqdan çox şey asılıdır. Çox məşq edirik və oyunlara ciddi hazırlaşırıq. Problemlərin öhdəsindən gəlməyi və yeni sınaqlardan keçməyi xoşlayıram. “Olimpiakos”un böyük futbolçuları var. Hamıya şans vermək yaxşı haldır. Bu da oyunçularda təcrübə formalaşdırır. Ehtiyat oyunçuları hazırlamaq və onlardan yararlanmaq mənim üçün xoşdur. İnanıram ki, “Olimpiakos” bu heyətlə irəli gedəcək".