"Neftçi" yunan "Olimpiakos"una qarşı
UEFA Çempionlar liqası

"Neftçi" yunan "Olimpiakos"una qarşı

  • 2021-07-21

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Turnirdəki təmsilçimiz "Neftçi" Yunanıstan səfərində "Olimpiakos"un qonağı olacaq.

 

Portuqaliyalı referi Joao Pinyeyrunun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk raundda Tbilisi “Dinamo”sunu hər iki matçda 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisini bu dəfə daha çətin oyun gözləyir.

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək