ÇL-in növbəti mövsümlərinin final matçları bu şəhərlərdə
UEFA Çempionlar liqası

ÇL-in növbəti mövsümlərinin final matçları bu şəhərlərdə

  • 2021-07-17

Çempionlar Liqasının qarşıdakı 4 mövsümünün final matçına ev sahibliyi edəcək şəhərlər açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 2021/22 mövsümünün həlledici qarşılaşması Sankt-Peterburqda keçiriləcək. 2022/23 mövsümünün finalı İstanbulda oynanılacaq. Buna səbəb koronovirus pandemiyasına görə 2020/21 mövsümünün həlledici qarşılaşmasına ev sahibliyinin bu şəhərdən alınaraq Portuya verilməsidir.

2023/24 mövsümündəki finalın ev sahibi London olacaq. 2024/25 mövsümünün finalı isə Münhendə keçiriləcək.