ÇL-in finalı azarkeşli oynanılacaq
- 2021-05-25
UEFA Çempionlar Liqasının 2020/21 mövsümünün finalına azarkeşlərin buraxılması haqqında qərar qəbul edib.
Qərara görə, oyunun keçiriləcəyi Portu şəhərindəki "Estadio de Drago" arenasının tutumunun 33 faizi nisbətində azarkeş buraxılacaq. Bu da o deməkdir ki, qitənin ən böyük klub turnirinin həlledicini matçını 16.500 azarkeş izləyəcək.
Qeyd edək ki, mayın 29-da keçiriləcək matçda "Mançester Siti" ilə "Çelsi" qarşılaşacaq.