Çempionlar Liqasında üç futbolçumuz 4 qol vurdu
- 2021-07-08
Çempionlar Liqasının birinci təsnifat mərhələsinin bu gün keçirilən oyunları Azərbaycan futbolu üçün düşərli olub.
"Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Tiflisdə "Dinamo"ya qalib gəlib (2:1). Bu görüşdə hər iki qolu azərbaycanlı futbolçular - Namiq Ələsgərov və Emin Mahmudov vurub.
Mahir Emreli isə yeni klubu "Legiya"dakı (Polşa) rəsmi debüt oyununda - Norveç çempionu "Bodo/Qlimt"i məğlub etdikləri səfər matçında (3:2) dubl edib.
Beləliklə, ÇL-in ilk mərhələsində üç azərbaycanlı oyunçu ("Neftçi"dən Namiq Ələsgərov, Emin Mahmudov, "Legiya"da isə Mahir Emreli) ümumən 4 qol vurub.