"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
UEFA Çempionlar liqası

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

  • 2021-07-07

"Neftçi" bu gün  Çempionlar Liqasında mübarizəyə başlayıb.

Paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb.

Boris Payçadze adına “Dinamo Arena”da keçirilən matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib. Bununla da, komanda 7 illik fasilədən sonra ÇL-də qüvvəsini sınayıb. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.


7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2
Qollar: 
Namik Ələskərov, 23 (0:1), Maruşiç, 36 (1:1), Emin Mahmudov, 57-pen (1:2)
Baş hakim: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”