Çempionlar Liqasında daha 9 oyun
UEFA Çempionlar liqası

Çempionlar Liqasında daha 9 oyun

  • 2021-07-07

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Bu gün daha 9 matç keçiriləcək.

Turnirdəki təmsilçimiz "Neftçi" Gürcüstanda Tbilisi "Dinamo"sunun qonağı olacaq. Eyni saatda başlayacaq digər oyunda millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) Norveçdə "Bude Qlimt"in qonağı olacaq.


7 iyul

Çempionlar Liqası

 

1-ci təsnifat mərhələsinin ilk oyunları

20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)

20:00. “Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)

21:00. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)

21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya)

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)

21:00. "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)

21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova)

21:00. “Malmö” (İsveç) - "Riqa" (Latviya)

22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)

Qeyd edək ki, mərhələnin cavab oyunları 13-14 iyulda keçiriləcək.