"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır
UEFA Çempionlar liqası

"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır

  • 2021-07-07

"Neftçi" bu gün  Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşacaq.

Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bununla da "ağ-qaralar" 7 illik fasilədən sonra ÇL-də qüvvəsini sınayacaq. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.


7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan)
Baş hakim
: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”