Pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu
- 2022-08-18
Dünən Çempionlar Liqasında pley-off mərhələsinin növbəti ilk oyunları keçirilib.
İkinci oyun günündə 3 qarşılaşma oynanılıb.
Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Görüşdə qol vurulmayıb.
İsrailin "Makkabi" (Hayfa) klubu evdə Serbiya "Srvena Zvezda"sını 3:2, Portuqaliya "Benfika"sı isə səfərdə Kiyev "Dinamos"nu 2:0 hesabı ilə məğlub edib.
17 avqust
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) - 0:0
23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya) - 3:2
Qollar: Frantsdi Pyero, 18; 51. Tyeronn Şeri,61 - Aleksandr Peşiç, 27. Gelor Kanqa, 39
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Cilberto Moraes, 9. Qonsalu Ramuş, 37
16 avqust
23:00. "Budo Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1
23:00. "Reyncers" (Şotlandiya) - "PSV" (Niderland) - 2:2
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 23 və 24-də keçiriləcək.