Pley-offun ilk oyunlara yekun vurulur
- 2022-08-17
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.
İkinci oyun günündə 3 qarşılaşma nəzərdə tutulub.
Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşəcək.
17 avqust
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)
23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)
16 avqust
23:00. "Budo Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1
23:00. "Reyncers" (Şotlandiya) - "PSV" (Niderland) - 2:2
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 23 və 24-də keçiriləcək.